Xəbər lenti

Batumidəki Azərbaycan İcmasının nümayəndələri ilə görüş - FOTOLAR
Siyasət14:41 19.04.2016

Batumidəki Azərbaycan İcmasının nümayəndələri ilə görüş - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunda Batumidəki Azərbaycan İcmasının nümayəndələri ilə görüş kecirilib.
Qurumdan Qaynarinfo.az-a verilən məlumata görə, Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov çıxış edərək son günlər Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş hadisələrdən söhbət açmışdır.Baş konsulun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atıb.
Gürcüstanda yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu bildirən Rəşad İsmayılov diasporun daha fəal olması üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bundan sonra da verəcəyini bildirib.
Sonra, Acariya  Gürcü-Azərbaycan Xeyriyyə  Cəmiyyətinin-nin  sədri Vidadi Axundov cixiş etmiş, Azərbaycanın Batumidəki İcmasının nümayəndələrinin bu görüşü yüksək qiymətləndirdiyini və azərbaycançılıq naminə bundan sonra da fəal mübarizə aparacaqlarını bildiriblər.
Qaynarinfo.az