Xəbər lenti

Sağlamlıq 13:48 05.09.2025

"Baxımlı" qadınlara bəd xəbər: Bu "gözəllik" xərçəngə səbəb olur - Tibbi ekspert

Alimlərin apardığı araşdırmala görə dırnaqlara gel-lak etdirmək dəri xərçəngi yaradır. 

Hazırda manikur ustalarının bir nömrəli metodu və qadınların da dırnaqlarına baxım adı altında sevə-sevə hər həftə yenilədiyi gel-lakın insan üçün zərərli olması sübuta yetirilib. Gelin dırnaqlara möhkəmlənməsi üçün xüsusi ultrabənövşəyi şüalanma ilə lampadan istifadə olunur. Bu şüalar isə dırnaq ətrafı dərini zədələyir, baryerini dağıdır, vaxtından əvvəl qocalma və xərçəngə səbəb olur.

Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, salonlarda gel-lakın qurudulması zamanı istifadə olunan ultrabənövşəyi şüalanma xərçəngi yaradan 6 səbəbdən biridir:



"Orqanizmin sağlıq durumuna xaricdən təsir edən hər bir detal zərərlidir. Müasir kosmetologiyada zərərli çox şey var. Üzə edilən botokslar az zərərlidir? Zamansız edilən inyeksiyalar dərinin sağlamlığına çox mənfi təsir göstərir. O ki qaldı ultrabənövşəyi şüalanmaya, təbii ki, xərçəngin 6 səbəbindən biridir. Xərçəngin ana səbəbi sərbəst radikal (yəni dediyimiz zərərli faktorlar) çoxluğudur".

Ekspert xatırladıb ki, hər bir orqanizm zərərli faktorlarla bir yerə qədər mübarizə aparır:

"Sonra bacarmır, gücü, yəni antioksidantları çatmır. Hər şey bir kənara, bu dırnaqlar kütləviləşmiş hal olaraq nə rahatdır, nə də estetik. Müasir qadınlar qısa müddətli "gözəl görünmək”  üçün hər şey edirlər ki,  sürətli yaşlansılar. Uzun dırnaqlardan və saysız kosmetoloji vasitələrdənsə bunun haqqında düşünsələr yaxşdır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->