Xəbər lenti

Beynəlxalq mükafata 30 iddiaçı arasında Leyla Yunus da var
Siyasət11:50 03.10.2014

Beynəlxalq mükafata 30 iddiaçı arasında Leyla Yunus da var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Niderland Xarici İşlər Nazirliyinin təsis etdiyi “Human Rights Tulip” mükafatına Azərbaycandan yalnız Rəsul Cəfərov deyil, Sülh və Demokratiya İnstitutunun həbsdə olan sədri Leyla Yunus da irəli sürülüb. Mükafatın saytında iddiaçı 30 şəxs və təşkilatın adı yer alır və hazırda səsvermə gedir.

Mükafat hər il insan haqları uğrunda mübarizə aparan hüquq müdafiəçilərinə və ya təşkilatlara verilir. Birinci mərhələdə internet istifadəçiləri bəyəndikləri namizədə səs verirlər. Sonra müstəqil münsiflər heyəti öz seçimini edir. Yekun qərarı Niderland Xarici İşlər Nazirliyi qəbul edir.

“Media forum” saytı bildirir ki, oktyabrın 3-də başlayan səsvermə 1 həftə çəkəcək. Bu xəbər hazırlanan dəqiqələrdə internet səsverməsində 15 900-dən çox səs qeydə alınıb, Rəsul Cəfərova 1000, Leyla Yunusa 198 səs verilib.

Qaynar.info