Xəbər lenti

“Biz prezidentin əlində mikrofon olan döyüşçüləriyik” - Əməkdar artist
Sənət12:53 18.02.2022

“Biz prezidentin əlində mikrofon olan döyüşçüləriyik” - Əməkdar artist

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ən böyük arzularımdan biri Qarabağda "Xarı bülbül” festivalında iştirak etməkdir. Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, məni bu festivaldan kənarqa qoymasın”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib.
Sənətçi sözügedən festivalda həmçinin Əməkdar artist Cavanşir Məmmədovun da iştirak etməsini arzulayıb:
"Bizim çox böyük sənət yolumuz olub. Biz həmişə prezidentin yanında olmuşuq və daima onun yanındayıq. Biz prezidentin əlində mikrofon olan döyüşçüləriyik, onun pulsuz vəkilləriyik. Festivalla bağlı hazırlıqlar gedir. Bilirsiniz ki, bu il Şuşa ilidir. Bunu nəzərə alaraq yeni bir mahnı yazdırdım. Gözəl bir əsər olacaq - "Bu mənim vətənim Azərbaycandır”. Çox möhtəşəm mahnıdır. Mahnı Qarabağa həsr olunub. Mahnıya klip də çəkiləcək. Bundan əlavə, Cavanşir Quliyevlə daha bir mahnı-duet yazdırdıq. Vətənpərvər mahnı olacaq, istərdik ki, bu mahnıları Qarabağda ifa edək. Arzu edirən bütün insanlar prezidentə, dövlətə, vətənə sadiq olsun. Çünki bizə paxıllıq edən və xarici ölkədə oturan insanlar var ki, onlar ölkəmizə yad baxışlarla baxırlar, nəyəsə uyurlar. Onlar da etibarlı olub Azərbaycanı seçsinlər”.
Müğənni, Cavanşir Məmmədovla yenidən duet ifa edəcəyini açıqlayıb:
"Mahnılarımız olacaq. Pandemiya səbəbindən duetlərə ara vermişdik. Tamaşaçılarımız yenidən bizi bir arada görəcək”.
Firuzə İbadova tamaşaçıları və Azərbaycan xalqından çox razı olduğunu vurğulayıb:
"Şəxsən prezidentdən çox razıyam, mənim zəhmətimi 2006-cı ildə qiymətləndirərək Əməkdar artist fəxri adına layiq gördü. Prezidentə və vitse-prezidentə təşəkkür edirəm. Biz həmişə onların nəzarəti altındayıq. Mən sənətimə həmişə zəhmətlə yanaşan sənətkarlardanam və bu, ömrümün sonuna kimi belə olacaq. Dövlətin qayğısı həmişə üzərimizdə olsin, bundan böyük nə sevinc ola bilər ki”.
Bahar Rüstəmli