Xəbər lenti

BMT-də 5 yeni qeyri-daimi üzv seçildi
Siyasət18:59 09.06.2022

BMT-də 5 yeni qeyri-daimi üzv seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçilib.
Qaynarinfo xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının nümayəndələri Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçiblər.
Bu ölkələrin nümayəndələri 2023-2024-cü illər ərzində Şuranın işində iştirak edəcəklər.
Qeyd edək ki, Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi - Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququna malikdir.
Şuranın digər10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Onlardan beşi hər il dəyişdirilir.