Xəbər lenti

BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq etdi
Sağlamlıq05:24 28.04.2022

BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus pandemiyası ilə əlaqədar zəifləmiş sanitar tədbirlər, adi peyvəndlərin kəsilməsi, Ukrayna və Əfqanıstandakı münaqişələr səbəbindən milyonlarla insanın məcburi köçkün olması bütün dünyada əsas yoluxucu xəstəliklərin yayılma riskini artırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.
ÜST və UNICEF bu ilin yanvar və fevral aylarında dünyada qızılca xəstəliyinə yoluxma hallarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 79% artması ilə bağlı narahatlığını bildirib. 2022-ci ilin ilk iki ayında bütün dünyada 17 338 qızılca hadisəsi qeydə alınıb ki, bu da ötən ilin yanvar-fevral aylarında 9 665 nəfərlə müqayisədə xeyli çoxdur.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, koronavirus pandemiyası immunlaşdırma xidmətlərinin pozulmasına və qızılca da daxil olmaqla ölümcül xəstəliklərin artmasına səbəb olub.