BP şirkəti Braziliyada son 25 ilin ən böyük neft-qaz yatağını kəşf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu yataq şirkət üçün cari ildə kəşf edilən onuncu yataqdır. Yataq Braziliyanın cənub-şərq hissəsində, Rio-de-Janeyro şəhərindən 400 kilometr uzaqlıqda yerləşən Santos hövzəsində yerləşir və 300 kvadratkilometrdən böyük ərazini əhatə edir.
Mütəxəssislər tərəfindən 2372 metr dərinlikdə quyular qazılıb, ümumi dərinlik isə 5855 metr təşkil edib.
"Məlumatlara əsasən, qazma sahəsində aparılan analizlər karbon qazının yüksək səviyyədə olduğunu göstərir. BP yatağın və aşkarlanan mayelərin daha ətraflı xarakteristikası üçün laboratoriya tədqiqatlarına başlayıb", deyə məlumatda qeyd olunub.
Şirkətin məlumatına görə, yeni yatağın aşkarlanması fonunda BP şirkətinin səhmləri 1,5 faiz bahalaşıb.
Aydın
Şərhlər