Xəbər lenti

Braziliya Dağlıq Qarabağla bağlı qətnamə qəbul edəcək
Siyasət12:44 30.05.2013

Braziliya Dağlıq Qarabağla bağlı qətnamə qəbul edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliya parlamenti Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamə qəbul edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Braziliya parlamentinin Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrino Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

N.Pelleqrinonun sözlərinə görə, qətnamənin qəbul edilməsi məsələsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı da müzakirə edilib və qərara alınıb ki, üzərində işlədikləri bu qətnamə tezliklə qəbul olunsun.

Qaynar.info