Xəbər lenti

Britaniya alimləri həyat olduğu düşünülən ilk planet tapdılar (FOTO)
Dünya08:53 13.02.2022

Britaniya alimləri həyat olduğu düşünülən ilk planet tapdılar (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
London Universitet Kollecinin (UCL) alimləri ağ cırtdanın yaxınlığında nəzəri cəhətdən həyatı dəstəkləyə biləcək yeni planet kəşf ediblər. O, "yaşayış zonasında" yerləşir, yəni orada su ola bilər.
Britaniya Kral Astronomiya Cəmiyyətinin Bülletenində dərc edilən araşdırmaya görə, planet "ağ cırtdan”ın, yəni sönməkdə olan ulduzun yanındadır. Alimlərin qənaətləri təsdiq olunarsa, bu, tarixdə bu tip ulduzun orbitində yerləşən ilk yaşayış şəraiti olan göy cismi olacaq.
Yaşayış zonasında olan planet Yerdən 117 işıq ili məsafəsində yerləşir. Yerdən Günəşə olan məsafə ilə müqayisədə onun öz ulduzuna 60 dəfə yaxın olduğu güman edilir.
Yaşayış zonası – bu, kosmosda elə bir bölgədir ki, bir planet öz ulduzuna nə o qədər yaxındır ki, çox isti, o qədər uzaq deyil ki, həddindən artıq soyuq olsun. Planetdəki şərtlər bu tələblərə cavab verərsə, maye halında su və deməli, həyat ola bilər.
Alpər
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //