Xəbər lenti

Britaniya şahzadəsinin illik gəliri açıqlandı
Dünya 23:01 24.07.2024

Britaniya şahzadəsinin illik gəliri açıqlandı

Britaniya şahzadəsi Uilyam 2023-2024-cü illər arasında 30 milyon dollar qazanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Onun sözlərinə görə, III Çarlzın böyük oğlu bu məbləği 2022-ci ilin sentyabrında kral olduqdan sonra atasından miras qalan Kornuolldakı malikanəsindən alıb. Bu pul şahzadə Uilyam və Keyt Middletona, eləcə də onların üç övladına - şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luiyə dəstək üçün gedir.

Kornuoll malikanəsi 1337-ci ildə kral III Edvard tərəfindən taxtın varisinin gələcək nəsillərini maliyyələşdirmək üçün təsis edilib. Buraya 20-dən çox əyalət daxildir və dəyəri 1 milyard dollardan çoxdur.

Qeyd edək ki, Keyt Middleton iyulun 15-də Uimbldon tennis turnirinin final oyununda iştirak edib. O, xərçəngə yoluxan və mart ayında profilaktik kimyaterapiyanın ilkin mərhələlərini keçdiyini açıqladıqdan sonra ikinci dəfə ictimaiyyət qarşısına çıxıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->