Xəbər lenti

Britaniyanın baş naziri vəzifəsinə əsas namizəd:
Dünya 17:07 22.06.2026

Britaniyanın baş naziri vəzifəsinə əsas namizəd: "Şimal Kralı" kimdir?

Böyük Britaniya İcmalar Palatasının üzvü və Leyboristlər Partiyasının potensial lideri Endi Börnhem Britaniya siyasətində görkəmli bir fiqura çevrilib. Ünsiyyət bacarıqları, xarizmatik şəxsiyyəti və COVİD-19 pandemiyası zamanı Mançesteri müdafiə etməsi ilə "Şimalın Kralı" kimi tanınan Börnhem Baş nazir vəzifəsinə güclü namizəd hesab olunur. Tərəfdarları onun partiyanı seçiciləri ilə yenidən birləşdirə biləcək əsas fiqurlardan biri olduğunu iddia edirlər.

Qaynarinfo xəbər verir ki, Leyboristlər Partiyasının öndə gələn simalarından olan keçmiş Mançester meri və Böyük Britaniya İcmalar Palatasının üzvü Endi Börnham siyasi karyerası və liderlik iddiası ilə yenidən müzakirə mövzusuna çevrilib. Daha əvvəl iki dəfə Leyboristlər Partiyasının liderliyi uğrunda yarışan Börnham son dövrdə qazandığı siyasi nüfuzdan sonra yenidən baş nazirliyə namizədlər sırasında göstərilməyə başlayıb.



Şimal İngiltərəni təmsil edən çıxış tərzi, səmimi üslubu və kommunikasiya bacarığı ilə tanınan Börnham 9 ildir Böyük Mançester meri vəzifəsini icra edir. Onun tərəfdarları Leyboristlər Partiyasının seçicilərlə əlaqəsini bərpa edə biləcəyini desələr də, tənqidçilər onu dəyişən siyasi şəraitə uyğunlaşan praqmatik siyasətçi kimi xarakterizə edirlər.

Böyük Britaniyada Kir Starmerin istefa qərarından sonra Endi Börnhamdan ilk siyasi addım gəlib. O, Leyboristlər Partiyasının liderliyi və baş nazirlik uğrunda namizədliyini təsdiqləyib.

Börnham Starmerin istefasını "keçid dövrünün başlanğıcı” kimi qiymətləndirib və onun partiyanı ümumi seçkilərə aparmasının mümkün olmadığını bildirib. Keçmiş səhiyyə naziri Ues Stritinq isə yarışa qatılmayacağını və Börnhama dəstək verdiyini açıqlayıb.



1970-ci ildə Liverpulda dünyaya gələn Börnham Kembric Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. Siyasi karyerasına Tessa Coul və daha sonra mədəniyyət naziri Kris Smitin yanında məsləhətçi kimi başlayıb.

2001-ci ildə parlamentə seçilən siyasətçi Toni Bleyer hökumətində müxtəlif nazir vəzifələrində çalışıb. 2010 və 2015-ci illərdə Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizə aparsa da, uğur qazana bilməyib.

2009-cu ildə Hillsboruq faciəsi ilə bağlı ədalət kampaniyasına verdiyi dəstək onun siyasi nüfuzunu artırıb. 2017-ci ildə Böyük Mançester meri seçilən Börnham COVID-19 dövründə şimal bölgələrinin müdafiəsi ilə ümummilli diqqət çəkib və bu səbəbdən "Şimalın Kralı” ləqəbi ilə tanınıb.



O, Böyük Britaniyada Londona mərkəzləşmiş idarəetməni tənqid edərək regionlararası bərabərsizliyin aradan qaldırılmasını əsas siyasi xətt kimi müdafiə edir.

Börnhamın gələcəkdə Dovninq Street-ə gedib-getməyəcəyi isə Britaniya siyasətində əsas müzakirə mövzularından biri olaraq qalır.

Aydın
--> -->