Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Sentyabrın 20-də avropalı qonaqlar bir sıra mühüm görüşlər keçiriblər.
İlk olaraq nümayəndə heyətini prezident İlham Əliyev qəbul edib. Daha sonra Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Milli Məclisdə görüşlərə başladı. İlk görüş Milli Məclisin üzvü, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi heyətlə keçirildi. Qonaqları salamlayan S.Seyidov bildirdi ki, Avropa Parlamentinin (AP) nümayəndə heyətinin Azərbaycana gəlişi təqdirəlayiqdir: “Bir ilə yaxın müddətdir ki, sizlərlə təmasda olmamışıq və müzakirələr aparmamışıq. Avropa Parlamenti rəhbərliyinin Azərbaycanla münasibətlərlə əlaqədar müzakirələr aparmaqla bağlı qərar qəbul etməsi, yüksək səviyyədə nümayəndə heyətinin Azərbaycana göndərilməsi öz- özlüyündə müsbət addımdır. Biz bir ildən artıq müddətdə sizinlə əlaqədə olmamışıq. 2015-ci ildə Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamənin əvəzində Azərbaycan parlamenti öz qətnaməsini qəbul edib və ondan sonra ”Avronest" Parlament Assambleyasındakı fəaliyyətini dayandırıb. Ona görə də Avropa Parlamenti münasibətlərin bərpası ilə əlaqədar qərar qəbul edib. Bu gün biz çox ciddi təhlil etməliyik ki, niyə bu hadisələr baş verdi? Niyə Avropanın mərkəzində, Brüsseldə Azərbaycana qarşı belə münasibət oldu? Azərbaycana qarşı atılan addımlarla bağlı təhlillər aparılmalıdır".
Çoxsərt tonda çıxış edən S.Seyidov xatırlatdı ki, ötən il qurumlamünasibətlər pozulandan sonra Avropa Parlamenti ilə əlaqədar İşçiQrupunun yaradılmasına da ehtiyac duyulmayıb: “2015-ci il parlamentseçkilərindən sonra bu İşçi Qrupunun formalaşdırılmasına qərarverilməmişdi. Ancaq sizin gəlişinizin ərəfəsində İşçi Qrupu müvəqqətiolaraq formalaşdırılıb”. Bundan sonra S.Seyidov İşçi Qrupunun üzvləriCavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Ülviyyə Həmzəyevanıtəqdim etdi.
Avropa İttifaqı-Azərbaycan ParlamentƏməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri, Böyük BritaniyanınMühafizəkarlar və İslahatlar qrupunun təmsilçisi Sayyad Kərim isə öznövbəsində təsdiqlədi ki, bəzi hallarda Azərbaycanla Avropa Parlamentiarasında danışıqlar ümumiyyətlə baş tutmayıb: “2012-ci ildən sonra bu,ilk belə görüşdür. Ona görə də çox açıq və səmimi danışmalıyıq. Bizəlaqələrimizi mütləq dərinləşdirməliyik. Bundan əvvəl hörmətliprezidentlə də görüş keçirdik. Məndə belə bir qənaət yarandı ki,Azərbaycan da konstruktiv əməkdaşlıqda maraqlıdır. Hər iki tərəf özvəzifələrini yerinə yetirməli və nəticəyə nail olmalıyıq”.
O əlavə etdi ki, proses davamlı olmalıdır və danışıqlar davam etdirilməlidir.
S. Seyidov da qarşılığında xatırlatdı ki, Avropa Parlamenti ilə əlaqələr təbii, qarşılıqlı hörmət əsasında olmalıdır: “Dialoqudavam etdirmək çox vacibdir. Bu gün Azərbaycan regionda böyük nüfuza,gücə malik olan ölkədir, biz bununla fəxr edirik. Azərbaycan Avropaİttifaqı ilə əlaqələri davam etdirməyə hazırdır. Ancaq bu münasibətlərhər iki tərəfə fayda verməlidir”. Azərbaycanlı deputat məsələni konkretqoydu: “Biz bu gün aydınlaşdırmalıyıq ki, niyə o zaman (2015-ciildə-E.P.) Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəriElmar Brokun qətnamənin qəbulu zamanı ”siz Azərbaycanı itirə bilərsiniz"sözü havada qaldı və onun sözünü heç kəs nəzərə almadı? Nəticədə 1 ilərzində Azərbaycan və Avropa Birliyi arasında əlaqələr kəsildi".
“Avronest”Parlament Assambleyasının sabiq üzvü, Gənclər və İdman Komitəsininsədri Fuad Muradov da qonaqlara xitabən bəzi eyhamlar vurdu: “SizinAzərbaycana belə bir nümayəndə heyəti ilə gəlməyiniz məndə bu qənaətiyaratdı ki, siz düz istiqamətdəsiniz və müəyyən nəticələr əldə etməkolar”.
APüzvü xanım Heydi Hautala (Finlandiya) çıxışında Azərbaycanda göstəriləndiqqətə görə təşəkkür etdi, eyni zamanda son bir ildə pozulan əlaqələrəgörə təəssüfləndiyini bildirdi. Rumıniyalı Ramona Manesku isə“Azərbaycan-Avropa İttifaqı münasibətərinin normallaşmasına görə çoxsevinirəm” dedi. Eyni zamanda latviyalı İveta Qriqule “inanırıq ki,görüşün nəticələri çox müsbət olacaq”- deyə, bildirdi.
Dahasonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay ƏsədovAvropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndəheyəti ilə görüşüb. Oqtay Əsədov bu cür görüşlərin keçirilməsininönəmini vurğuladı, nümayəndə heyətinin ölkəmizə bu səfərinintəqdirəlayiq olduğunu söylədi. Qeyd etdi ki, bu görüş, aparılan səmimi,açıq dialoq münasibətlərin gələcək inkişafı istiqamətində böyükəhəmiyyətə malikdir: “Ümid edirik ki, bizim aparacağımız səmimi və açıqdialoqun nəticəsində münasibətlər daha da yaxşılaşacaq”. “Köhnəməsələləri” yada salmaq istəmədiyini deyən parlament sədri qonaqlarıaçıq müzakirələrə dəvət etdi.
Nümayəndəheyətinin rəhbəri, Böyük Britaniyanın Mühafizəkarlar və İslahatçılarQrupundan olan Səyyad Kərim Azərbaycanda gördükləri yüksəkqonaqpərvərlikdən məmnun qaldıqlarını söylədi: “Yaxın keçmişdəmüəyyən xoşagəlməz hallar yaşanmasına baxmayaraq, biz əməkdaşlığa çoxgüclü əsaslarla yenidən başlayırıq. Nümayəndə heyətimizə qarşıgöstərilən bu cür isti münasibət bizi birləşdirən ümumi cəhətlərinmövcudluğunu bir daha sübut edir. Biz bunu çox yüksəkqiymətləndiririk”.
Hər iki görüşün növbəti hissəsi jurnalistlərin iştirakı olmadan davam etdirildi.
Yekundaisə brifinq keçirildi. Nümayəndə heyətinin rəhbəri, AvropaParlamentinin Böyük Britaniyadan olan üzvü Sayyad Kərim bildirdi ki,Azərbaycanla münasibətlərin inkişafı üçün parlament səviyyəsindəünsiyyət təbii haldır: “Milli Məclisə gəlməmişdən əvvəl prezidentİlham Əliyevlə görüşmüşük. Müzakirələrin nəticəsi olaraq deyə bilərəmki, parlamentlər arasında olan dəyərlər hamımızın inandığı məsələdir.Avropa İttifaqı üçün Azərbaycan mühüm bir ölkədir. Azərbaycanmünasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir. Lakinmüəyyən bir müddət oldu ki, Azərbaycanla olan dialoqumuz istədiyimizsəviyyədə, gerçək olacaq səviyyədə deyildi. Bu, nə Azərbaycan xalqı, nədə Avropada yaşayan xalqlar üçün xeyir verəcək hal deyildi. Ümidvarıqki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin nəinkiqurulması, həmçinin möhkəmləndirilməsi üçün yetərincə zəmin var. İndiyəqədər şahid olduğumuz ünsiyyətdən bizim üçün aydın olan bir məqam o olduki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir və biz əlimizdəngələni edəcəyik ki, bu yaxınlıq təmin olunsun”.
Qeydedək ki, keçirilən görüşlərdə Avropa İttifaqının Azərbaycandakı səfiriMalena Mard, həmçinin Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuadİsgəndərov da iştirak edirdilər.
AvropaParlamentinin müvafiq komitəsinin böyük bir nümayəndə heyəti iləölkəmizə səfər etməsi və yüksək səviyyədə görüşlər keçirməsi sıradan birhadisə deyil. Bu, Avropa Parlamentinin Azərbaycanı itirmək istəmədiyinivə ölkəmizə böyük önəm verdiyini təsdiqləyir. Xatırladaq ki, ötən ilinpayızında Milli Məclisin xüsusi iclasında “Avropa Parlamentinin 2015-ciil 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan RespublikasıMilli Məclisinin qərarı” adlı sənəd qəbul olunmuşdu. Qətnamədəbildirilirdi ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumunAzərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir.
SənəddəAzərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara sonqoyulması, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətinqarşısının alınması tələb olunurdu. Həmçinin Azərbaycan nümayəndəheyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştiraketməsinə son qoyulduğu, fəaliyyətinin dayandırıldığı bəyan olunurdu.“Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri iləbağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərininAzərbaycana girişinə qadağa qoyulsun”. Bu da qətnamədə əksini tapırdı.
Avropaİttifaqı Şərq Tərəfdaşlığına daxil ölkələrin Parlament Assambleyası -Avronest (Euronest) Azərbaycan Milli Məclisinin bu qurumdan çıxmaqprosedurlarına başlanması barədə qərarından dərin təəssüf hissi ifadəedib.
Onu da xatırladaq ki,Avronest rəhbərliyi yaranmış vəziyyəti Milli Məclislə müzakirə etməküçün açıq olduğunu bəyan etdmişdi. Bəyanatda o da qeyd olunurdu ki,Avronest Parlament Assambleyasının təsis aktına görə hər hansı ölkənintəşkilatı tərk etməsi həmin ölkənin bu xüsusda müraciətinin verildiyigündən bir il müddətində qüvvəyə minir.
Avronesthəmsədrləri bildirirlər ki, bu bir il müddətində yaranmış vəziyyətiMilli Məclislə müzakirə etməyə açıqdırlar. Görünən budur ki, AvropaParlamenti üçün qoyulan müddətin başa çatdığını nəzərə alan Brüssel Bakıilə barışmağa, ölkəmizin Avronestə qayıtması üçün danışıqlar aparmağaqərar verib. Hər halda, sonluğun necə olacağını yaxın günlərdəbiləcəyik...//musavat.com