Xəbər lenti

BŞİH "Musavat"ın və Milli Şuranın mitinqlərinə icazə vermədi (YENİLƏNİB)
Siyasət13:20 03.04.2019

BŞİH "Musavat"ın və Milli Şuranın mitinqlərinə icazə vermədi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Qaynarinfo xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-sı saat 15:00-dan 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.
***17.00
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.
Qaynarinfo xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.