"ABŞ başda olmaqla Qərbin Ukraynaya etdiyi maliyyə və digər yardımlar müharibənin gedişinə bu və ya digər şəkildə təsir gəstərə bilər, ancaq əsaslı nəticənin əldə edilməsi üçün yetərli deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın Ukrayna büdcəsinə kömək etmək üçün daha 1,15 milyard dollar ayırmasını şərh edərkən deyib.
Ekspertin fikrincə, qarşı tərəfdə dayanan ölkə Rusiyadır ki, ona da dəstək verən dövlətlər var.
"Hadisələrin gedişatı göstərir ki, Kiyev Qərbin çoxsaylı dəstəyinə rəğmən ərazi bütövlüyünü bərpa etmək iqtidarında deyil. Rusiya Kiyev üçün çox güclü düşməndir”, deyə Üzeyir Şəfiyev qeyd edib.
Ekspert bildirib ki, müharibənin sonu hər iki tərəfin pirr qələbəsi ilə sonuclanacaq:
"Ukraynanın ərazi bütövlüyünün bərpası yolu uzun olacaq. Bu da o halda baş verəcək ki, digər dövlətlər indiki şəkildə yox, prosesə aktiv müdaxilə etsin, beynəlxalq təşkilatlar səviyyəsində daha sərt sanksiyalar tətbiq olunsun və Rusiya daha sərt presinqlərə məruz qalsın. Beynəlxalq birlik daxilində həmrəyliyin olmaması da Rusiyanın əl-qolunu açır. Bu gedişlə daha çox itirən Ukrayna olacaq. Onun məqsədə çatması çətin olacaq”.
Qeyd edək ki, ABŞ Ukraynaya daha 1.15 milyard dollar ayırıb. Bu vəsait Ukrayna büdcəsinin əsasən sosial məsələlərinə sərf olunacaq.
Rüfət Sultan