Xəbər lenti

Bu gün 3 boksçumuz mübarizəyə qoşulacaq
İdman10:14 26.10.2021

Bu gün 3 boksçumuz mübarizəyə qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. 
Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 3 üzvü rinqə çıxacaq.
Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan), Malik Həsənov (63,5 kq) Xuan Reyes Donis (Qvatemala), Rauf Rəhimov (92 kq) isə Luis Uilliamsla (İngiltərə) üz-üzə gələcək. Yusifzadə 1/16, digər təmsilçilərimiz 1/32 final çərçivəsində döyüşəcək.
Noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan yığması 9 boksçu ilə yollanıb. İlk gündə mübarizəyə qoşulan milli üzvü Ümid Rüstəmov Kuba boksçusuna məğlub olaraq yarışla vidalaşıb.
Səbuhi Həsənov