Xəbər lenti

Bu gün Mustafa Şentop Milli Məclisdə çıxış edəcək
Siyasət07:12 20.10.2020

Bu gün Mustafa Şentop Milli Məclisdə çıxış edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, iclasda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı gözlənilir.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda,  "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.