Hindistanda iqtidar partiyasının rəsmilərindən biri qalmaqala səbəb olan "Padmavati" filminin rejissorunu və baş rol ifaçısını hədəfə göstərib. "Qaynarinfo" xəbər verir ki, 1 dekabrda nümayişə çıxması planlaşdırılan filmin təqdimatı bundan əvvəl etirazlar səbəbindən təxirə salınmışdı.
Milliyətçi iqtidar partiyasının bir rəsmisi isə "Padmavati"nin rejissoru və baş rol ifaçısının öldürülməsi üçün mükafat vəd edib. Baratiya Janata Partiyasını Haryana əyalətindəki rəsmisi Suraj Pal Amu mitinqdəki çıxışı zamanı cinayətlər üçün 1,5 milyon dollar verəcəyini bildirib. O, filmin nümayişinə icazə verilməyəcəyini deyib.
Qeyd edək ki, "Padmavati" filmi Delhinin Müsəlman Sultanı Alaəddin Halaci tərəfindən yaxalanmaqdansa, özünü öldrüməyi seçən cəsur və gözəl Rajput kraliçasının hekayəsindən bəhs edir. Rejissor Sanjay Leela Bansali sultanla kraliça arasında romantik bir münasibətin olduğunu göstərməkdə günahlandırılır. Filmdə kraliça rolunu gözəl aktrisa Deepika Padukone canlandırır.
Deepika Padukone
Sanjay Leela Bansali
Aydın
Qaynarinfo.Az