Xəbər lenti

Bu məqsədlə Parisə zəng olunur, guya Qarabağ müzakirə edilir… (TƏHLİL)
Siyasət08:55 11.01.2021

Bu məqsədlə Parisə zəng olunur, guya Qarabağ müzakirə edilir… (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Putin Türkiyəyə Fransa vasitəsi ilə təsir etmək istəyir 
Bu gün Moskvada keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü öncəsi Kremlin addımları xüsusi ilə diqqət çəkir. 
Belə ki, Rusiya Prezidenti Vladimir Putin dünən xüsusi xidmət və güc qurumlarının rəhbərləri ilə Qarabağ məsələsini müzakir edib. Həmçinin, bu məsələ ilə bağlı Fransa Prezidenti ilə danışıb.  
Müşahidəçilərin fikrincə, görüşdə Rusiya Qarabağda hərbi mövcudluğunu daha da möhkəmləndirməyə çalışacaq. Və Qarabağın status məsələsindən alət kimi yararlanaraq münaqişə tərəflərini, yəni Azərbaycanla Ermənistanı təsirində saxlamağa cəhdlər edəcək. Həmçinin, münaqişə ilə bağlı yekun sülh müqaviləsi imzalanmamış Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin reallaşdırmaq istəyəcək. Bununla yanaşı, Putin üçtərəfli görüşdən ən çox Türkiyəyə qarşı yararlanmaq istəyəcək ki, Suriya və Liviya məsələlərində Ankaradan mümkün olan güzəştləri ala bilsin. 
Bu baxımdan Putinin Emmanuel Makronla danışması da təsadüf deyil. Çünki Türkiyənin və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara ilə dialoqa üstünlük verirlər. Moskva 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb. Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı  görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir… 
Orxan Əhmədli