Xəbər lenti

Bu ölkədə aclıq fəlakət həddinə çatır: 526 milyon dollara ehtiyac var
Dünya 21:22 03.10.2023

Bu ölkədə aclıq fəlakət həddinə çatır: 526 milyon dollara ehtiyac var

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) Cənubi Sudan direktoru Meri-Ellen Makqroarti qurumun Cenevrə ofisinin həftəlik mətbuat konfransında ölkədə aclıqla mübarizə ilə bağlı vəziyyətdən danışıb.

Qaynarinfo xəbər verir ki, WFP-nin bu il ehtiyac duyduğu büdcənin yarısından azını təmin edə bildiyini deyən Makqroarti, gələn ilin də bu baxımdan narahatlıq doğurduğunu qeyd edib.

"Maliyyələşdirmənin yarısı ərzaq yardımının yarısı deməkdir. Mümkün qədər çox insana çatmaq üçün qidalanma nisbətini iki dəfə azaltdıq. Bu o deməkdir ki, insanlar gündə 300 qramdan az qida alır. Buraya Sudandan gələnlər də daxildir", deyə Makqroarti bildirib.

Cənubi Sudanda artan aclıq problemi ilə mübarizə üçün 526 milyon dollardan çox ehtiyac olduğunu deyən BMT rəsmisi Sudan-Cənubi Sudan sərhədində durumun kritik olduğunu və fövqəladə vəziyyətin yaxınlaşdığını bildirib.

"WFP-nin əldə etdiyi məlumatlara görə, Cənubi Sudanda ailələrin 90 faizi bir neçə gün yemək yemədən yaşayır, orta və ya şiddətli qida çatışmazlığı yaşayır. Hər 5 uşaqdan 1-i pis qidalanır", deyə BMT nümayəndəsi qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->