Xəbər lenti

Bu qanun Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyətinə son qoya bilər
Dünya 13:54 10.09.2024

Bu qanun Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyətinə son qoya bilər

Etnosiyasət və vicdan azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski əmindir ki, Rusiya ilə bağlı dini qurumların fəaliyyətini qadağan edən bu yaxınlarda qəbul edilmiş qanun beynəlxalq hüquqa əsaslanır və həqiqətən də Ukraynadakı ağır dini vəziyyəti həll edə bilər.

Qaynarinfo xəbər verir ki, Yelenski bu barədə "Ukrainskaya Pravda”ya müsahibəsində deyib.

"Milli təhlükəsizlikdən danışmasaq belə, vicdan və ya dini etiqad azadlığı daraldıla bilər. Məsələn, qanunda deyirik ki, biz Rus Pravoslav Kilsəsini qadağan edirik, sonra mətndə AŞPA-nın qətnaməsindən demək olar ki, birbaşa sitat var: "Rusiya Federasiyasının təcavüzkar rejiminin ideoloji davamı kimi”, - Yelenski bildirib.

O vurğulayıb ki, beynəlxalq hüquq digər ölkələr kimi Ukraynaya qanuni məqsədə çatdıqda bu azadlığı məhdudlaşdırmağa imkan verir. Bu halda söhbət rus kilsəsinin Ukrayna ərazisində təxribat fəaliyyətinin məhdudlaşdırılmasından gedir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->