Xəbər lenti

Bu xəstəlik dünyanı xilas edəcək
Sağlamlıq16:12 04.10.2021

Bu xəstəlik dünyanı xilas edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Eko narahatlıq dünyanı xilas edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə türkiyəli psixiatr Dr. Barış Önen Ünsalver öz məqaləsində geniş izahat verib.
Psixiatrın fikrincə, iqlim dəyişiklikləri psixi sağlamlıq problemlərinin yaranmasına və artmasına səbəb olacaq. Kədər, narahatlıq və çarəsizlik kimi mənfi duyğularla mübarizə aparmaq eko-narahatlıq olaraq təyin olunur. Bu duyğunu yaşayan insanlar yalnız özləri üçün deyil, uşaqları və sevdikləri üçün də narahatlıq hiss edirlər.
Eko narahatlığı tam olaraq necə təyin edə bilərik? 
İqlim böhranı və ekoloji problemlərdən narahat olan və lazımi tədbirləri görməyə çalışan hər kəs "ekoloji narahatlıq" halına gələcək. 
Ekoloji problemlərdən narahat olmaq təbii bir hissdir. Ekoloji problemlər bizi narahat etmirsə, onun həlli yollarını da tapa bilmərik. 
Bu ekoloji narahatlıq nəticəsində, fərdi ehtiyatlar daxilində lazımi tədbirlər görüləcək və ekoloji cəhətdən təmiz, ahəngdar bir şəkildə yaşanacaq . 
Müəllifin məqaləsi ilə daha geniş formada bu linkdən tanış ola bilərsiniz..
Qafqaz