Xəbər lenti

Büdcə kəsiri 546 milyon manata çatdı
Ekonomiks05:34 17.07.2019

Büdcə kəsiri 546 milyon manata çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 405,5 milyon manat, xərcləri isə 10 951 milyon manat təşkil edib.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5% və 5,5% çoxdur.
Son nəticədə büdcədə 545,5 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-may aylarının yekunu ilə müqayisədə 118,7 milyon manat çoxdur.