"Absheron Hotel Group" koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq "Bulvar Hotel"i mart ayının 24-dən etibarən müvəqqəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.
Bu barədə Qaynarinfo-ya "Absheron Hotel Group"dan məlumat verilib.
Oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri «Absheron Hotel Group» tərəfindən ödəniləcək.