Xəbər lenti

Buraxılmış daha bir partiyadan etiraz: “Fəaliyyətimiz davam edir...”
Siyasət06:57 18.04.2023

Buraxılmış daha bir partiyadan etiraz: “Fəaliyyətimiz davam edir...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Müstəqil Xalq Partiyasının (MXP) fəaliyyətini dayandırması ilə bağlı məlumat həqiqəti əks etdirmir”.
Bu baradə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Əflan İbrahimov MXP-nin fəaliyyətinin dayandırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 
Əflan İbrahimov bildirib ki, yaxın günlərdə "Siyasi partiyalar haqqında” qanun tələblərinə uyğun olaraq, sənədlər Ədliyyə Nazirliyinə təqdim olunacaq:
"5 min üzvlə bağlı bütün sənədlər hazırdır. Hətta bizim partiyanın üzvlərinin sayı 5 mindən çoxdur. Fəaliyyətimiz davam edir və edəcək də”. 
Qeyd edək ki, bir neçə gün öncə Müstəqil Xalq Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı mətbuatda məlumat yayılıb. 
Bahar Rüstəmli