"Artıq Ermənistan hakimiyyəti açıq şəkildə azərbaycanlılarla sülh şəraitində yaşamaqdan danışır, "düşmənlə” sülh şəraitində yaşamağın mümkün olduğu fikrini cəmiyyətimizə aşılayır. Nəticədə insanlarımız erməni olmaq hüququnu itirirlər. Bu hakimiyyətin məqsədi Qarabağı təslim etmək, əllərini yumaq, rahat yaşamaq, daha sonta isə türklər və azərbaycanlılarla əməkdaşlıq edərək sülh içində yaşamaqdır. Bu hakimiyyət bizi düşmən ölkə ilə sülh şəraitində yaşamağa inandırmağa çalışır və bununla damcı-damcı göstərmək istəyir ki, onlar bir o qədər də düşmən deyillər”.
Qaynarinfo xəbər verir ki, bu barədə qondarma rejimin "parlamenti”nin "deputatı” Metakse Hakopyan İrəvanda Marrioti oteli qarşısında Azərbaycan parlamentinin deputatlarının Ermənistana etdikləri səfərlə bağlı təşkil olunan etiraz mitinqində bildirib.
O əlavə edib ki, Ermənistan hakimiyyəti bir cümlənin içində yüz dəfə sülh sözünü qeyd edir və bu, bir Qərb texnologiyasıdır. "Şuşa bəyannaməsi ilk növbədə bütün ermənilər üçün təhlükədir və həmin bəyannaməyə qoşulmaq İslam dövlətlərinə bir mesajdır.
Belə ki, bəyannamə öncə Ermənistan hakimiyyətinin əli ilə "Böyük Turan” ideyasının həyata keçirilməsinə hesablanıb. Bu bəyannəmənin çox ciddi təsirləri olacaq”, - deyə Hakopyan bildirib.
Telman