"Hayastan” Ümumerməni Fondunun sabiq icraçı direktoru Ara Vardanyan öz "Facebook” səhifəsində məlumat verib ki, Qarabağ müharibəsi zamanı Nikol Paşinyan hərbi toqquşmaların getdiyi dövrdə çoxlu sayda silah-sursat sifariş verib və Ermənistan tərəfi bunun ödənişini hələ də həyata keçirməyib.
Bu barədə məlumat "Caliber”in "YouTube” kanalında yerləşdirilib.
Ara Vardanyan iddia edir ki, N.Paşinyan Rusiyaya yanvarın 11-də gözlənilən səfərində yeni kredit müqaviləsinə imza atacaq və kreditə alınacaq silahların ümumi həcmi 500 milyondan 1,5 milyard ABŞ dollarına qədər məbləğdə ola bilər.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/PbPiqUkoRBo" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">