Xəbər lenti

Cəmil Məmmədlinin məhkəməsi başlayır - Ali Məhkəmə hansı qərarı verəcək?
Ölkə 14:19 04.02.2025

Cəmil Məmmədlinin məhkəməsi başlayır - Ali Məhkəmə hansı qərarı verəcək?

Jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq. 

Qaynarinfo xəbər verir ki, artıq məhkəmənin vaxtı məlum olub. Proses martın 4-də hakim Rəşad Abdulovun sədrliyi ilə start götürəcək. 

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə təqsirləndirilir. Ali Məhkəməyə kassasiya şikayətini jurnalist təqdim edib. Cəmil Məmmədli şikayətində 178.2.4-cü maddə üzrə bəraət hökmünün çıxarılmasını, 221.2.2-ci maddəyə gəlincə isə əməlin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif edilməsini istəyir. 

Cəmil Məmmədli 2023-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci  maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb. 

182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət alan jurnalist digər maddələrlər təqsirli bilinirək, 6 il 12 gün müddətində azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. 

Cəmil Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, peşə faəliyyətinə görə həbs edildiyini bildirir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->