
Bu barədə martın 27-də Bakıda keçirilmiş “Cənubi Qafqazda demokratiya və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransda “İnternational Righter Network” təşkilatının rəhbəri Nicat İmranov çıxışında bildirib.
Qaynar.info xəbər verir ki, ABŞ və Qərb dövlətlərinin diplomatik korpus əməkdaşlarının, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Nicat İmranov son zamanlar Rusiyanın GUAM ölkələrində, o cümlədən Cənubi Qafqaz regionunda aktivliyi, şimal qonşumuzun ölkəmizə qarşı mümkün hərbi təhdidləri barədə danışaraq Cənubi Qafqaz regionunda təhlükəsizliyin qarantı kimi ABŞ-ın çıxış etməsinin zəruriliyini bildirib.
Nicat İmranov həmçinin son zamanlar bəzi qüvvələr tərəfindən anti-ABŞ əhval-ruhiyyəli təbliğatın aparılmasını, ABŞ yönümlü təşkilatların fəaliyyətinə süni maneələrin yaradılmasını da tənqid edib.