Xəbər lenti

Ceyhun Bayramov Serbiyaya getdi
Siyasət 09:38 23.12.2024

Ceyhun Bayramov Serbiyaya getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->