Çin millisin keçmiş baş mışqçisi Li Ti Çin məhkəməsi tərəfindən korrupsiyaya görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qayanrinfo xəbər verir ki, bu barədə "The Paper" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hökm dekabrın 13-də Hubey əyalətinin Siannin şəhərinin Aralıq Xalq Məhkəməsi tərəfindən çıxarılıb.
Keçmiş futbolçu Çin futbolunda korrupsiyada təqsirli bilinib. Yerli kəşfiyyat agentlikləri Li Tini 2022-ci ilin noyabrında həbs ediblər. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs Çin millisinin baş məşqçisi vəzifəsini 360 min avroya alıb, eyni zamanda dəfələrlə aşağı liqalarda danışılmış oyunların həmtəşkilatçısı olub. İstintaqın nəticələrinə görə, 2019-cu ildən 2021-ci ilə qədər Li Ti vəzifə səlahiyyətlərindən istifadə edərək, ümumilikdə 50,89 milyon yuandan (təxminən 7 milyon dollar) çox rüşvət alıb.
Li Ti 2002-2006-cı illərdə "Everton"da çıxış edib. O, 2019-2021-ci illərdə Çin millisinin baş məşqçisi olub.
Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Çin prezidenti Si Szinpinin başçılıq etdiyi "beşinci nəsil” liderlərin hakimiyyətə gəlməsi ilə daha da güclənib. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində təkcə sıravi məmurlar deyil, yüksək rütbəli məmurlar da tutduqları vəzifələrdən məhrum edilərək həbsə atılıblar.
Aydın
Şərhlər