"Çin Ukraynadakı münaqişənin həlli üçün Türkiyə ilə əməkdaşlığa hazırdır. Bir sıra ölkələr Ukrayna böhranından başqa məqsədlər üçün istifadə edir".
Qaynarinfo "Aydınlık” qəzetinə istinadən xəbər verir ki, bunu Çinin Ankaradakı səfiri Liu Şaobin
deyib.
Diplomat qeyd edib ki, Pekin Ankaranın yeni taxıl dəhlizinin yaradılması səylərini yüksək qiymətləndirir, həmçinin Rusiya tərəfinin tələblərini yerinə yetirməyə çağırır:
"Bəzi ölkələr Ukrayna böhranından başqa məqsədlər üçün istifadə edirlər. Bu, beynəlxalq əməkdaşlığa xələl gətirir. Biz Çin olaraq Ukrayna böhranının həlli üçün birgə səylər göstərməyə hazırıq".
Onun sözlərinə görə, Türkiyə və Çin Ukrayna münaqişəsinin həlli üçün koordinasiyada işləyə bilər, hər iki ölkənin bu məsələdə mövqeyi oxşardır.
Aydın