Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri insanların sağlam yolla arıqlamasıdır. Bəziləri arıqlamaq üçün əməliyyat prosedurlarına üstünlük versə də, əksəriyyət çörək və şirniyyatdan imtina etməyi daha faydalı sayır. Çoxları çörək və şirniyyatdan imtina etdikdən sonra çəki atdığını bildirir.
Bəs, çörək və şiniyyatdan eyni vaxtda imtina orqanizmə hansı ziyan vura bilər?
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında istər çörək, istərsə də şirniyyat məmulatlarının əsasən karbohidrat daşıyıcıları olduğunu bildirib:
"Azərbaycan xalqı onsuz da normadan 70% artıq karbohidrat qəbul edir. Bu baxımdan da karbohidratların həddən artıq qəbulundan mümkün qədər çəkinmək lazımdır".
Adil Qeybulla əlavə edib ki, kimlər şirniyyat və çörəkdən imtina etməyi bacararsa, onlar orqanizmlərinə böyük fayda vermiş olar.
Bahar Rüstəmli
Şərhlər