Xəbər lenti

Cokoviçdən növbəti çempionluq
İdman 11:02 20.11.2023

Cokoviçdən növbəti çempionluq

Serbiyalı tennisçi Novak Cokoviç  növbəti uğurunu qazanıb. 

Qaynarinfo-nun məlumatına görə, Cokovic ATP Finalında italiyalı Yannik Sinneri məğlub edib.

İtaliyanın Turin şəhərində keçirilən yarışda tərəflər arasında bir saat 43 dəqiqə davam edən final matçında 36 yaşlı Cokoviç italiyalı rəqibini 2:0 hesabı ilə qələbə qazanıb.

Cokoviç bu qələbə ilə isveçrəli Rocer Federeri geridə qoyub və təşkilat tarixində yeddi dəfə təklikdə ən çox çempionluq yaşamış tennisçi olub. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->