Xəbər lenti

D18 Hərəkatı Türkiyənin prezidentinə məktub göndərdi
Siyasət11:18 18.02.2016

D18 Hərəkatı Türkiyənin prezidentinə məktub göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada terror hadisəsi baş verib. Terror nəticəsində onlarla insan həyatını itirib, onlarla insan yaralanıb. 

Ruslan İzzətli başqanı olduğu  D18 Hərəkatı adından Türkiyə xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Qaynar.info xəbər verir ki, məktubda deyilir:“Cənab prezident, qardaş Türkiyədə baş verən terror hadisəsi bizi çox kədərləndirdi. Terror nəticəsində həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. Biz özümüz də terrordan əziyyət çəkən bir xalq olaraq harada baş verməsindən asılı olmayaraq terroru lənətləyir, bu vəhşiliyi hiddətlə qınayırıq. 

Türkiyənin regionda güclənməsini istəməyən qüvvələr bu cür terrorlarla Türkiyənin gücünü əlindən alacaqlarını sanmasınlar. Əksinə, haqsız yerə tökülən qanlar, qəzəb Türkiyəni daha da gücləndirəcək. Türkiyə nəinki regionda, dünyada ən güclü dövlətlərdən biridir. Biz  Azərbaycan xalqı olaraq da hər zaman Türkiyəmizin yanındayıq. 

Cənab prezident, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və rəhbərlik etdiyim D18 Hərəkatı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləyirəm.

Qaynar.info