Xəbər lenti

De Byazi millimizə 27 oyunçu çağırdı - 5 legioner, bir debütant
İdman19:45 13.11.2022

De Byazi millimizə 27 oyunçu çağırdı - 5 legioner, bir debütant

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunlarında Moldova və Şimali Makedoniya yığmaları ilə matçları üçün heyəti açıqlanıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib.
"Qarabağ"dan 8, "Sabah"dan 7 oyunçu milliyə dəvət alıb və qalan 12 futbolçu müxtəlif klubları təmsil edir. Onlardan 5-i xarici klublarda çıxış edir.
"Sabah"ın 21 yaşlı yarımmüdafiəçisi Ceyhun Nuriyev ilk dəfə əsas yığmaya dəvət alıb.
Şahrudin Məhəmmədəliyev – "Qarabağ"
Emil Balayev – "Səbail"
Səlahət Ağayev – "Qəbələ"
Bədavi Hüseynov – "Qarabağ"
Bəhlul Mustafazadə – "Qarabağ"
Elvin Cəfərquliyev – "Qarabağ"
Toral Bayramov – "Qarabağ"
Bəxtiyar Həsənalızadə – "Sabah"
Cəlal Hüseynov – "Şamaxı"
Azər Salahlı – "Neftçi"
Amin Seydiyev – "Sabah"
Höccət Haqverdi – "Traktor" (İran)
Anton Krivotsyuk – "Visla" (Polşa)
Qismət Alıyev – "Zirə"
Riçard Almeyda – "Qarabağ"
Elvin Camalov – "Sabah"
Aleksey İsayev – "Sabah"
Ceyhun Nuriyev – "Sabah"
Ozan Can Kökçü – "Eyndhoven" (Niderland)
Emin Mahmudov – "Neftçi"
Anatoli Nuriyev – "Sabah"
Rövlan Muradov – "Qəbələ"
Namik Ələskərov – "Sabah"
Renat Dadaşov – "Qrasshopper" (İsveçrə)
Mahir Emreli – "Dinamo" (Zaqreb, Xorvatiya)
Musa Qurbanlı – "Qarabağ"
Ramil Şeydayev – "Qarabağ"
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 16-da Kişinyovda Moldova, 20-də Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək.