
Dəniz Səki 2017-ci ildə həbsdən çıxacaq. Qaynarinfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Müğənni 2017-ci ilin iyununda həbsdən çıxacaq.
Dəniz Səki həbsdən çıxan kimi 20 konsert planlayıb. Səkinin 20 konsert üçün 1.6 milyon avro alacağı əvvəlcədən türk mediasında gedən xəbərlərdə qeyd olunmuşdu.
Deniz Seki həbsxanada boş dayanmır. Hətta indidən bir televiziya ilə razılaşması imzalayıb. Sevilən müğənni Kim Kardaşyanın etdiyi kimi gündəlik bir "reality show" proqramı hazırlayacaq. Proqramın prodüserliyini isə "Med Yapım" boynuna götürüb.
Kardaşyanın proqramında olduğu kimi Dəniz Səkinin də həyatı, 7/24 kameralar tərəfindən izləniləcək.
Qaynarinfo.Az