Xəbər lenti

Deputat:
Sənət 13:17 26.12.2023

Deputat: "Mədəniyyət Nazirliyinə ssenari vermişdim, mənasını başa düşmədilər"

"Tariximiz, mədəniyyətimiz, bizim üçün unudulan bəzi yalançı konsepsiyalara yenidən baxmaq lazımdır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. 

Deputat qeyd edib ki, bu məsələlərdə yalnız şifahi formada yox, ciddi addımlar atılmalı, bədii filmlər çəkilməlidir:

"Difai hərəkatı barədə filmin çəkilməsi üçün təxminən 12 il əvvəl Mədəniyyət Nazirliyinə ssenari vermişdim. Deyəsən heç bunun mənasını da başa düşmədilər. Bilmədilər ki, difai nədir, fədai nədir və bu kimi film kimə lazımdır?!".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->