Xəbər lenti

Deputat Prezidentin Kəlbəcər və Laçına səfərini şərh etdi
Siyasət10:36 17.08.2021

Deputat Prezidentin Kəlbəcər və Laçına səfərini şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkə prezidentinin işğaldan azad edilmiş rayonlarımıza səfəri ənənəvi mahiyyət daşıyır. Laçın və Kəlbəcərin cənab prezident tərəfindən ziyarət edilməsi və bu torpaqlara da ayaq basması hər bir Azərbaycan vətəndaşı tərəfindən çox böyük diqqətlə izlənilirdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Deputat bildirib kiki, Prezident Kəlbəcər və Laçına səfəri zamanı görülən işlərin gedişi ilə bağlı xalqa anonslar verdi, eyni zamanda digər vacib məqamlar üzərində, xüsusən də son vaxtlar gündəliyə gələn və hər bir vətəndaşı narahat edən məsələlər ətrafında da fikirlərini ortaya bildirdi:
"Prezident və birinci vitse-prezident yenə də ənənələrinə sadiq qalaraq Kəlbəcər və Laçına səfər etdilər, bir sıra ciddi mahiyyət daşıyan layihələrin təməli qoyuldu. Bu ilk növbədə Kəlbəcər tuneli, Laçın hava limanı ilə bağlı idi. Həmin layihələr təkcə bu gün üçün deyil, gələcəyə və regionun Azərbaycanın və dünyanın digər yerləri ilə əlaqələrin qurulması baxımından böyük siyası və iqtisadi əhəmiyyət kəsb edir. Prezident yolboyu bir daha erməni vəhşilikləri üzərində dayandı. Xüsusi olaraq Kəlbəcərin yerlə bir edilməsi, "İsti su” kimi böyük müalicə mərkəzinin ermənilər tərəfindən vandalizm nəticəsində pis günə qoyulması və s. bütün bunlar ekran vasitəsi ilə xalqımıza çatdırıldı. Prezident çıxışında əvvəlki çıxışlarındakı məqamlara toxunmadan, təkrarlığa yol vermədən yeni məsələlər üzərində dayandı. Daha sonra Şərqi Zəngəzurun, eyni zamanda Qarabağ iqtisadi rayonlarının gələcəyinə hədəflənən və ciddi əhəmiyyət kəsb edən hədəfər barədə də danışdı".
Deputat bildirib ki, sərhədboyu bütün istiqamətlərdə Sərhəd Qoşunlarının və Müdafiə Nazirliyinin hərbi hissələrinin yerləşdirilməsi üzərində də dayandı:
"Ermənistanla Azərbaycanın sərhəd boyunca mövqeyinin dəyişilməz və birmənalı olduğunu bir daha dünya ermənilərinin indiki saxta Ermənistan dövlətinin və onu müdafiə edənlərin diqqətinə çatdırdı. Və söylədi ki, bizim mövqeyimiz onları əsəbləşdirirsə, su içə bilərlər. Tamamiylə yumşaq ifadə ilə deyilsə də, mənə elə gəlir ki, onlar daha sərt sözlərə layiqdirlər. Ermənistan hansı mövqeyindən asılı olmayaraq, Azərbaycan sərhədləri bərpa olunur, özünə qaytarılır, orada mövqelərimiz möhkəmlənir və beləliklə Ermənistan hər hansı bir şəkidə sərhəd istiqamətində mövqelərimizə qarşı yenə də təxribatlar törədərsə, hər hansı bir şəkildə torpaqlarımızın bir hissəsini özündə saxlamaq istəyərsə, Azərbaycanın sərt mövqeyi ilə qarşı-qarşıya dayanacaq və necə deyərlər onun başı əziləcək".
Bahar Rüstəmli