Xəbər lenti

Deputatlarımız Türkiyədə futbol oynayıb medal qazandı
İdman12:23 27.11.2023

Deputatlarımız Türkiyədə futbol oynayıb medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı deputatlar Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak ediblər.
 
Qaynarinfo-nun məlumatına görə, təmsilçilərimiz qardaş ölkənin 100 illiyinə həsr edilmiş yarışda bürünc medal qazanıblar. Türkiyə ilə yanaşı Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstanın parlamentlərini təmsil edən komandalar iştirak edib.
B qrupunda mübarizə aparan azərbaycanlı deputatlardan ibarət komanda 4 oyundan 3-də qalib gələrək "bürünc”ə sahib çıxıb.
Azərbaycan komandasının heyətində deputatlar Tahir Mirkişili, Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Fərid Hacıyev, İlkin Məmmədov, Aqşin Hümmətov, Emin İmanov, İlham Həsənov, Rüfət Ələkpərov, Təbriz Tağıyev çıxış edib.
Baş məşqçi millimizin sabiq üzvü İsgəndər Cavadov olub.
Səbuhi Həsənov