Xəbər lenti

Deputatlığa namizəd dörd nazirliyi məhkəməyə verdi
Ölkə 17:04 21.08.2024

Deputatlığa namizəd dörd nazirliyi məhkəməyə verdi

59 saylı Quba seçki dairəsindən namizəd olan Aytən Bədəlbəyli dörd nazirliyi məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, o, Bakı İnzibati Məhkəməsində Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Ədliyyə nazirlikləri barəsində iddia qaldırıb. 

Aytən Bədəlbəylinin iddiası inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədardır. 

Aytən Bədəlbəyli heç bir siyasi partiyanı təmsil etmir. O, seçkiyə bitərəf kimi qatılıb. 

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->