
Azərbaycanı "Eurovision"da təmsil edən müasir və əsasən yeraltı kütləyə xitab edən musiqi qrupu "Dihaj" ötən gün şəhərin mərkəzindəki sevimli məkanlarında - "Etud Cafe Bar"da fanatları və dostları üçün "Before the midnight" adlı konsert təşkil edib.
"Qaynarinfo" xəbər verir ki, T.E.O.S adlı ilk albom təqdimatından sonra yenidən iş başına qayıdan "Dihaj" uzun müddətli konsert proqramlarına yox dedikdən sonra nəhayət yenidən dostları ilə yeraltı səhnədə görüşüb.
Konsertdən sonra "Dihaj" öz fanatlarına imzalı hədiyyələr verib.
Xatırladaq ki, qrupun solisti Diana Hacıyeva 1989-cu ildə Ukraynada anadan olub. Bakı Musiqi Akademiyasını bitirib, Londonda Müasir Musiqi Performansları İnstitutunda təhsil alıb. Diana "Bəri Bax" qrupunun üzvü olub, musiqiyə başladığı ilk illərdə caz ifa etsə də, 2009-cu ildə "Dihaj" qrupunun üzvü Əli Nəsirovla ailə həyatı qurandan sonra onlar birgə "Dihaj" qrupunu yaradıblar. Qrup Experimental/doom/pop janrında ifa edir.
"Dihaj" qrupunun üzvlərini təqdim edirik:
Diana - vokalist, səs prodüseri, söz yazarı
Anar - qitarist, söz yazarı
Əli - zərb alətləri ifaçısı
Sultana Əhmədbəyli
Qaynarinfo.Az
























