Xəbər lenti

Dövlət şirkətlərinin özəlləşdirilməsi necə aparılacaq? (VİDEO)
Video 10:30 07.10.2025

Dövlət şirkətlərinin özəlləşdirilməsi necə aparılacaq? (VİDEO)

Bir sıra şirkətlərin özəlləşdirilməsi istiqamətində yeni addımlar atılır. Bu istiqamətdə beynəlxalq qurumlarla əməkdaşlıq imkanları genişlənir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, ötən il noyabrın 7-də yaradılan "Azcon holding" əsasən kommunikasiya və nəqliyyat sahəsində olan dövlət şirkətlərini özündə cəmləşdirir. Bu holdinqə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində də işlər görülür.

Deputat vurğulayıb ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində dövlət şirkətlərinin əhəmiyyətli hissəsi qeyri-özəl sektora aiddir. Daha effektiv idarəetmə üçün bir sıra strukturların özəlləşdirilməsi məqsədəuyğun hesab olunur.

Deputat vurğulayıb ki, özəlləşdirmə sayəsində sahibkarlığın inkişafı və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq.//Xəzər TV

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->