"Avropa İttifaqı Polşanı eyni cinsli nikahları tanıyan məhkəmə qərarına əməl etməyə məcbur edə bilməyəcək".
Qaynarinfo xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk kabinet iclasından əvvəl bildirib.
"Hamını əmin etmək istəyirəm - Avropa İttifaqına bu məsələdə bizə nəyisə zorla qəbul etdirməsi mümkün olmayacaq", deyə o bildirib.
Tuskun sözlərinə görə, kabinet hazırda bu məsələ ilə bağlı parlament əksəriyyətini qane edəcək güzəştli hüquqi həllər üzərində işləyir.
13 noyabrda Vişeqrad Qrupu ölkələrinin (Macarıstan, Slovakiya, Çexiya və Polşa) Avropa İttifaqının Miqrasiya Paktının həmrəylik mexanizmi çərçivəsində miqrantları qəbul etmək öhdəliklərinə məhkəmədə etiraz etməyi planlaşdırdıqları bildirilib. 12 noyabrda Polşanın Baş naziri Donald Tusk Polşanın Aİ-nin Miqrasiya Paktı çərçivəsində miqrantları qəbul etməyəcəyini açıqlayıb.
Avropa İttifaqı Şurası nəhayət ki, ötən ilin may ayında Aİ-nin Miqrasiya Paktını təsdiqləyib. Pakt, digər məsələlərlə yanaşı, miqrantların Aİ ölkələri daxilində bölüşdürülməsi üçün kvotaların tətbiqini və onları qəbul etməkdən imtina edildiyi təqdirdə vəsaitlərin xüsusi fonda ödənilməsini nəzərdə tutur.
Aydın
Şərhlər