Xəbər lenti

Dubayda təyyarə yandı, azərbaycanlılar Bakıya gələ bilmir - FOTO/VİDEO
Dünya15:57 03.08.2016

Dubayda təyyarə yandı, azərbaycanlılar Bakıya gələ bilmir - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dubay hava limanından bütün istiqamətlərə uçuşlar ləğv edilib.
Qaynarinfo.Az xəbər verir ki, Emirates hava yollarına məxsus bir təyyarə havada yanmağa başlayıb və Dubay hava limanına qəza enişi edib.
Yanğın qısa zamanda söndürülüb, təyyarədəki 282 sərnişin və 18 ekipaj üzvündən xəsarət alan olmayıb. Təyyarədəki yanğının səbəbləri açıqlanmır.
Bu arada Dubaydan bütün istiqamətlərə, o cümlədən Bakıya uçuşlar qeyri-müəyyən müddətə ləğv olunub. Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, hazırda aeroportda Bakıya gəlmək istəyən çox sayda azərbaycanlı var. Onlar təyyarələrin nə vaxt havaya qalxacağını bilmir.
Qaynarinfo.Az