Bəzi müasir reaktiv təyyarələr inanılmaz sürətə çata bilir. Lakin ən sürətlinin hansısı olması barədə mübahisələr hələ də davam edir.
Qaynarinfo xəbər verir ki, "BBC Science Focus Magazine” dünyanın tarixdəki ən sürətli 10 reaktiv təyyarəsinin siyahısını açıqlayıb. Reytinqin lideri bir dəfə 11 000 km/saatdan artıq sürət toplaya bilib.
Tarixdə ən sürətli reaktiv təyyarə eksperimental NASA X-43 olub. Bu pilotsuz hipersəs təyyarəsi ilk dəfə 2001-ci ildə uçuş həyata keçirib. Ümumilikdə üç ədəd istehsal olunub. 2024-cü ildəki üçüncü uçuş zamanı X-43 9,6 Max sürət (11 760 km/saat) toplayaraq mütləq rekord müəyyən edib.
Təyyarənin sürət qazanması üçün "Pegasus” raket blokundan istifadə olunub. Daşıyıcı təyyarə kimi isə NASA-nın aerokosmik sınaqlar üçün istifadə etdiyi B-52B "Balls 8” xidmət göstərib.
İkinci yerdə 1966-cı ildə təqdim edilən və 1999-cu ildən sonra uçuşlara qatılmayan "SR-71 Blackbird" qərarlaşıb. Soyuq müharibə dövründə kəşfiyyat missiyaları üçün hazırlanan bu təyyarə 1976-cı ildə təxminən 26 km hündürlükdə ən uzunmüddətli uçuş rekordunu müəyyən edib və bu göstərici hələ də qüvvədədir.
Üçüncü yeri isə sovet istehsalı MiQ-25 və MiQ-31 tutub. Onlar müvafiq olaraq 1964 və 1975-ci illərdə ilk uçuşlarını həyata keçirib və 2,83 Max (3466 km/saat) sürət toplaya biliblər.
Ən sürətli 10 reaktiv təyyarə:
1. NASA X-43 – 9,6 Max (11 760 km/saat)
2. SR-71 Blackbird – 3,3 Max (4042 km/saat)
3. MiQ-25 – 2,83 Max (3466 km/saat)
4. MiQ-31 – 2,83 Max (3466 km/saat)
5. F-15 – 2,5 Max (3062 km/saat)
6. Su-27 – 2,35 Max (2878 km/saat)
7. MiQ-23 – 2,35 Max (2878 km/saat)
8. F-14 – 2,34 Max (2866 km/saat)
9. MiQ-29 – 2,3 Max (2817 km/saat)
10. F-22 – 2,25 Max (2756 km/saat)
Aydın
Şərhlər