Xəbər lenti

Dövlət saytından pornoqrafiya saytına keçid
Maqazin08:00 17.02.2020

Dövlət saytından pornoqrafiya saytına keçid

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Kral Ailəsinin rəsmi internet saytında Çində fəaliyyət göstərən porno saytlardan birinə keçid linki verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə The Sun nəşri yazıb. Xəbərdə qeyd olunub ki, sayta daxil olan istifadəçilər pornoqrafiya və qumar məzmunu olana sayta yönləndirilirlər.
İddiaya görə, kral ailəsi ilə bağlı son məlumatların verildiyi saytda "Dolen Cymru" adı Uels xeyriyyə qurumunun yerinə yanlış yönləndirmə edilib.
Qalmaqalı ortaya çıxaran The Sun qəzeti bu barədə saraya və xeyriyyə qurumuna məlumat verib.
Camal