Xəbər lenti

Ebola təhlükəsi davam edir: 23 nəfər öldü
Dünya14:44 17.05.2018

Ebola təhlükəsi davam edir: 23 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Demokratik Konqo Respublikasında ebola virusundan ölənlərin sayı artmağa davam edir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, daxili orqanlarda qanaxma yaradaraq ölümə aparan virusun epidemiyaya çevrilmə təhlükəsi var. Xəstəlik əvvəlcə qripə bənzədiyi üçün şübhə yaratmır. 
Xəstəlik hazırda 1 milyon nəfərin yaşadığı Mbandakedə yayılıb. Bu günə qədər ebola diaqnozu qoyulan 42 nəfərdən 23-ü dünyasını dəyişib. 
Ebolaya yoluxma ehtimalı olan 430 nəfər müəyyənləşdirilib və onlarla ünsiyyətdə olan 4 min nəfər xəstəlik təhlükəsi ilə üz-üzədir. 
Dünya Səhiyyə Təşkilatının rəhbər şəxslərindən olan Peter Salama bildirib ki, virusun daha geniş ərazilərdə, digər ölkələrdə də yayılma təhlükəsi var.
Gülşən