Xəbər lenti

Ədliyyə Nazirliyi daha bir partiyaya "yox" dedi
Siyasət08:15 29.07.2023

Ədliyyə Nazirliyi daha bir partiyaya "yox" dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyi Azadlıq Partiyasının yenidən reystrdən keçmək üçün müraciətini geri qaytarıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Əhməd Oruc məlumat verib.
Onun sözlərinə görə, səbəb kimi nazirliyə təqdim olunan partiya üzvlərinin ad-soyad, doğum tarixlərinin düzgün olmaması göstərilib: 
"Partiya məsələni müzakirə edib. Hələ yekun qərar verilməyib. Mahiyyət kəsb etməyən məsələdir, üzvlərimizin siyahısı bəllidir, kobud səhvlər buraxmamışıq”. 
Bahar Rüstəmli