Xəbər lenti

Əfqan Cəlilov özünə müşavir təyin etdi (FOTO)
Ekonomiks 14:11 20.02.2026

Əfqan Cəlilov özünə müşavir təyin etdi (FOTO)

Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeçiliyində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin departament direktoru vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun məlumatına görə, MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinin direktoru Kamil Bektaşi öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

Kamil Bektaşi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yeni sədri Əfqan Cəlilovun müvafiq əmri ilə onun müşaviri təyin olunub. 

Qeyd edək ki, 01.01.1981-ci il təvəllüdlü Kamil Bektaşi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyində baş məsləhətçi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom” MMC-də Satınalma və təchizat şöbəsinin müdiri və İnzibati İşlər departamentinin rəhbərinin müavini vəzifələrində də çalışıb.

Aydın
 

--> -->