
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ailəsi sabiq prezident Ayaz Mütəllibova etiraz edib.
AzVision.az-ın məlumatına görə, Ə.Elçibəyin kürəkəni Aqil Səmədbəyli A.Mütəllibovun Xocalı soyqırımı ilə bağlı müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirləri narazılıqla qarşılayıb. “Belə savadsız ve səviyyəsiz müsahibənin bizim keçmiş prezidentimizə aid olmasına inanmaq istəmirem. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə yazıqlar olsun.
Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsine görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azerbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi”.Qaynar.info